“Neftçi” – “Səbail” matçının biletləri satışda
11.08.2023 , 20:54

Premyer Liqanın II turu çərçivəsində avqustun 14-ü saat 20:00-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Səbail” matçının biletləri satışa çıxarılıb.
Korner.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
Biletlərin qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B) və 10 (VİP) AZN təşkil edir.
