Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Neftçi" "Zestafoni" ilə oyuna hazırlıqları davam etdirir. Korner.az-ın məlumatına görə, Avstriyada təlim-məşq toplantısını davam etdirən paytaxt klubu bu gün ikinci yoxlama matçına çıxacaq. Ölkə çempionu Buxarest "Dinamo"su ilə qarşılaşacaq.
Xatırladaq ki, hazırlıq prosesi çərçivəsindəki "Neftçi"bundan öncəki yoxlama matçında Rusiyanın “Kuban” klubuna 0:2 hesabı ilə uduzub.
