“Neftçi” – “Qarabağ” oyununun vaxtı dəyişdirildi
25.04.2023 , 19:28

Ölkəmizdə baş tutacaq Formula 1 üzrə Azərbaycan Qran-Prisi ilə əlaqədar Azərbaycan Premyer Liqasının XXXII turunun “Neftçi” – “Qarabağ” qarşılaşmasının keçiriləcəyi tarix və saat dəyişdirilib.
Korner.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.
Oyun əvvəlcədən nəzərdə tutulduğu kimi 30 aprel saat 19:00-da yox, 2 may saat 20:00-da “Bakcell Arena”da keçiriləcək.
