“Neftçi” qələbəni əldən verdi
19.08.2021 , 23:10
Bu gün Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.
Azərbaycanı turnirdə təmsil edən “Neftçi” Bakıda Hayfa “Makkabi”si ilə qarşılaşib.
Oaytaxt təmsilçisi İsrail klubu ilə 3:3 hesablı heç-heçə edib.
Komandalar arasında cavab görüşü avqustun 26-da İsraildə olacaq.
Konfrans Liqası
Pley-off (ilk oyun)
19 avqust
21:00. “Neftçi” (Azərbaycan) – “Makkabi” (Hayfa, İsrail) – 3:3
Qollar: Yusuf Laval, 50, 66, Emin Mahmudov, 72 – Omer Atzili, 9, Tyarron Çeri, 78, 90+6
Qırmızı vərəqə: İsmayıl Züldüqarlı, 77
Baş hakim: Delayod Uilli (Fransa)
Bakı. “Bakcell Arena”