“Qarabağ”dan qələbə
19.08.2021 , 22:00
Bu gün Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, turnirdəki təmsilçimiz “Qarabağ” da meydana çıxıb.
Ağdam klubu Bakıda Şotlandiya təmsilçisi “Aberdin”lə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
Komandalar arasında cavab matçı isə avqustun 26-da Aberdində keçiriləcək.
19 avqust
Konfrans Liqası
Pley-offun ilk oyunu
20:00. “Qarabağ” (Azərbaycan) – “Aberdin” (Şotlandiya) – 1:0
Qol: Xayme Romero, 30
Baş hakim: Rade Obrenoviç (Sloveniya)
Tofiq Bəhramov adına Respublika stadionu