“Neftçi” “Keşlə”yə qalib gəldi
13.11.2021 , 17:44

Bu gün Bakıda “Neftçi” və “Keşlə” arasında yoxlama oyunu keçirilib.
Korner.az xəbər verir ki, “Neftçi” öz bazasında “Keşli”ni qəbul edib və 4:0 hesabı ilə qalib gəlib.
Qolları 28-ci dəqiqədə Yusuf Laval, 47 və 76-cı dəqiqələrdə Roman Maçado, 52-ci dəqiqədə isə Xəyal Nəcəfov vurub.
