Avropa Liqası: “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın rəqibləri bilindi
10.08.2020 , 15:12

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın ilk mərhələdəki rəqibləri müəyyənləşib.
Korner.az-ın məlumatına görə, püşk “Neftçi” və “Keşlə”nin üzünə gülüb. Belə ki, “Neftçi”nin bəxtinə “Şkupi”, “Keşlə”yə “Laçi” düşüb.
“Səpələnməmişlər” səbətindəki “Sumqayıt” isə Şimali Makedoniya “Şkendiya”sı ilə üz-üzə gələcək.
Hər üç təmsilçimiz rəqibini evdə qəbul edəcək.
Avropa Liqası
I təsnifat mərhələsi
“Neftçi” (Azərbaycan) – “Şkupi” (Şimali Makedoniya)
“Keşlə” (Azərbaycan” – “Laçi” (Albaniya)
