“Neftçi” – “Jelezniçar” oyununa biletlər tükəndi
02.08.2023 , 14:26

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində avqustun 3-də, saat 21:00-da 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Jelezniçar” matçı üçün “Iticket.az”da biletlərin hamısı satılıb.
Korner.az xəbər verir ki, bundan sonra yalnız 1A sektoru üçün oyun günü bilet əldə etmək mümkün olacaq.
Qiyməti 3 manat olan biletlər saat 10:00-dan etibarən görüşün reallaşacağı 8-ci km stadionunun kassalarında satışda olacaq.
