“Neftçi” – “Jelezniçar” oyunu üçün biletlər satışda
28.07.2023 , 20:58

UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində avqustun 3-ü saat 21:00-da 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Jelezniçar” oyununun biletləri satışa çıxarılıb.
Korner.az xəbər verir ki, biletlərin qiyməti 3 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VİP) AZN təşkil edir.
8-ci km stadionunun kassalarında isə biletlər oyun günü saat 10:00-dan etibarən satışda olacaq.
