Oktyabrın 13-də əvəzedicilərə qarşı keçirilən yoxlama oyunundan sonra bir günlük istirahətə buraxılan futbolçular bazar ertəsindən başlayaraq hazırlıq prosesinə qatılıblar. Korner.az-ın məlumatına görə, oktyabrın 15-də komanda gundə 2 dəfə – səhər və axşam olmaqla məşqə çıxıb.
Çərşənbə axşamından isə məşqlər gündə bir dəfə olur. Baş məşqçi Mahmud Qurbanov yetirmələrini hər gün saat 16:30-da məşqə çıxarır. Məşqlər Gəncə şəhər stadionunun əsas meydançasında keçirilir.
"Kəpəz" oktyabrın 19-da səfərdə "Neftçi" ilə üz-üzə gələcək.