“Neftçi” hazırlığı başa vurdu
04.03.2022 , 20:35

“Neftçi” Premyer Liqanın 18-ci turunda qarşılaşacağı “Səbail”lə oyunun hazırlığını başa vurub.
Korner.az xəbər verir ki, flaqman bu gün “Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıb. Hazırlıq prosesində toplu və taktiki çalışmalar yerinə yetirilib.
“Neftçi” – “Səbail” matçı martın 5-i saat 19:15-də “Bakcell Arena”da keçiriləcək.
