“Neftçi” “Fənərbağça”ya məğlub oldu
15.07.2023 , 17:34

“Neftçi” bu gün “Matç TV” turnirində sonuncu oyununa çıxıb.
Korner.az xəbər verir ki, “ağ-qaralar” üçüncü matçda “Fənərbağça” ilə qarşılaşıb və uduzub – 0:1.
Komandanın baş məşqçisi Adrian Mutunun “Neftçi” ilə ilk oyunu uğursuz alınıb.
Paytaxt təmsilçisi əvvəlki matçlarda “Zenit”ə 1:3, “Srvena Zvezda”ya isə 0:4 hesabıyla uduzub.
15 iyul
“Matç TV” turniri
15:00 Neftçi – Fənərbağça – 0:1
