Əvəzedici komandalar arasında Azərbaycan çempionatının qalibi XXXI turda müəyyənləşib. Korner.az-ın məlumatına görə, "Neftçi" klubu səfərdə "Kəpəz"ə 4:2 hesabı ilə məğlub olmasına baxmayaraq, ən yaxın izləyicisi "Qəbələ"nin də AZAL-la səfər oyununda xal itirməsi ilə (1:2) mövsümün sonuna bir tur qalmış çempionluğunu elan edib.
Əvəzedicilərin çempionatı XXXI tur
4 may
"Kəpəz" – "Neftçi" – 4:2
Qollar: Təbriz Hüseynli, 30. Georgi Sepiaşvili, 41. Ravil Müslümov, 75. Emin Əliyev, 79 – Elşən Abdullayev, 3. Cavid Muxtarzadə, 90.
"İnter" – "Bakı" – 2:1
Qollar: Samir Hüseynli, 37. Ramil Mansurov, 85 – Vasif Rzayev, 83-pen.
AZAL – "Qəbələ" – 2:1
Qollar: Emin Ağaməmmədli, 49. Elmin Çobanov, 89 – Salman İbrahimov, 7.
"Xəzər Lənkəran" – "Simurq" – 1:3
Qollar: Salif Ballo, 86 – Arzuman Nəsibov, 35. Qafar Qafarov, 45+1. Laçın Şəkərov, 59.
"Turan" – "Rəvan" – 5:1
Qollar: Tuqay Alhüseynli, 4; 85. Elmixan Məmmədov, 13-pen. Rəşad Piriyev, 63; 69 – Ramil Rəhimzadə, 79-pen.
"Qarabağ" – "Sumqayıt" – 1:0
Qol: Toğrul Bilallı, 90.
