Azərbaycan kubokunun final mərhələsi oyununda Uniston Parks maraqlı hadisə ilə diqqət mərkəzinə düşüb.
Korner.az-ın məlumatına görə, görüşün 53-cü dəqiqəsində "Bakı"nın baş məşqçisi Novruz Əzimov Uniston Parksı Nurlan Novruzovla əvəzləmək istəyib. Lakin əvəzləmə vaxtı "Bakı"nın digər üzvü Çesnauskas Əzimova etirazını bildirərək Parksın oyunda qalmasını istiyib. Bu hadisədən sonra Kosta-Rikalı futbolçu 3 dəqiqə də meydanda qalıb. Daha sonra Novruz Əzimov etirazlara baxmayaraq, Parksı oyundan alıb və onun yerinə Nurlan Novruzovu meydana buraxıb.