Premyer Liqa

“Neftçi” Azərbaycan çempionu oldu – YENİLƏNİB

29.04.2012 , 15:58

Bu gün Premyer Liqanın 30-cu turuna yekun vurulub.

Korner.az-ın məlumatına görə, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan "Neftçi" – "Qarabağ" matçında meydan sahibləri 1:2 hesabı ilə qələbə qazanıblar. Bu qələbə sayəsində "ağ-qaralar"  Unibank Premyer Liqası 2011 – 2012 mövsümünun vaxtından əvvəl çempionu olublar. 

Qəbələdə şəhərin eyni adlı komandası "Bakı"nı qəbul edib. Rəqibini Qəbələyə gəlməsinə peşman edən Fatih Kavlakın yetirmələri paytaxtın eyni adlı klubunu 0:4 hesabı ilə məğlub edib. Bu qələbə sayəsində "Qəbələ" turnir cədvəlində "Bakı"nın önünə keçərək 1 xal qabaqlayıb.

30-cu turun ən prinsipyal matçlarından biri də "Şəfa" stadionunda baş tutub. Burada yerli "İnter" "Xəzər Lənkəran"ı qəbul edib. Oyun zamanı hər iki komanda bir çox təhlükəli epozdlar yaratsa da bunlardan istifadə edə bilməybilər. Bununla belə cənub təmsilçisi qızıl medalları qazanmaq şanslarını itiriblər.

 Günün digər qarşılaşması ikinci "altılıq" da mübarizə aparan AZAL və "Simurq" komandaları arasında baş tutub. AZAL Arena stadionunda baş tutan oyunda tərəflərin cəhdlərinə baxmayaraq  hesab açılmayıb.

29 aprel (bazar)

Premyer Liqa, 30-cu turun oyunları

17:00. "Qəbələ" – "Bakı" – 4:0 
Qəbələ şəhər stadionu.
Qol: Yannik Kamanan (36), Vurğun Hüseynov (48), Viktor Mendi (59) Nodar Məmmədov (90)
Kamanan penalti zərbəsini qaçırır

17:00. "Neftçi" – "Qarabağ" – 2:1 
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
Qol: Vaqif Cavadov (67) // Rəşad Abdullayev (71) Ruslan Abışov (90 pen)
32-ci dəq. Vaqif Cavadovun vurduğu penaltini "Neftçi"nin qapıçısı Saşa Stamenkoviç dəf edir.
Maksim Medvedyev 90-cı dəqiqədə birbaşa qırmızı vərəqə ilə cəzalanır

18:15. AZAL – "Simurq" – 0:0 
AZAL Arena stadionu.

19:00. "İnter" – "Xəzər Lənkəran" – 0:0 
"Şəfa" stadionu.

28 aprel (şənbə)

"Rəvan" – "Kəpəz" – 5:1
Qollar: Nemanya Vidakoviç, 24 (1:0), Kristian Torres, 57 (2:0), 90+3 (5:1), Ramazan Abbasov, 71 (3:0), 84 (4:1), Yuri Fomenko, 76 (3:1)
Qırmızı vərəqə: Mesallah Eslam, 43 ("Kəpəz")
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Elşən Acalov, Tahir Əhmədov
Dalğa Arena stadionu.

“Rəvan”: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 5. Natiq Kərimi, 7. Elvin Musazadə, 8. Tural Axundov, 10. Nemanya Vidakoviç, 17. Ramazan Abbasov, 18. Samuel Barlay, 20. Kristian Toress, 24. Hüseyn İsgəndərov,

“Kəpəz”: 22. Elşən Poladov, 5. Əli İsmayılov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 25. İon Arabadji, 2. Nail Məmmədov, 12. Mesallah Eslam, 8. Armand Feutchine, 11. Sabir Allahquliyev, 10. Ceyhun Sultanov, 30. Yuri Fomenko

"Turan" – "Sumqayıt" – 1:1
Qollar: Orxan Əliyev, 59 (0:1), Aleksandr Qoqoberişvili, 69-pen (1:1)
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Elşən Acalov, Tahir Əhmədov
Tovuz şəhər stadionu.

"Turan": 12. Ramil Kərimov, 3. Aftandil Hacıyev (k), 4. Seymur Tağıyev, 5. Ayxan Abbasov, 7. Fərmayıl Əliyev, 10. Nadir Nəbiyev, 11. Georgi Beriaşvili, 14. Aleksandr Qoqoberişvili, 20. Azər Məmmədov, 21. Rəşad Orucov, 32. Cavid Tağıyev,

"Sumqayıt": 23. Andrey Popoviç, 4. Samir Abbasov (k), 15. Bəxtiyar Həsənalızadə, 70. Şamil Camaləddinov, 47. Abdulla Abatsiyev, 95. Murad Ağayev, 9. Orxan Həsənov, 25. Uğur Pamuk, 19. Orxan Əliyev, 11. Kamil Nurəhmədov, 91. Ruslan Qurbanov

Son yazılar

Yuxarı