Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan, Azərbaycan futolunun tarixində ilkə imza atan "Neftçi" artıq vətəndədir. Korner.az-ın məlumatına görə, "Neftçi"ni daşıyan təyyarə az öncə Heydər Əliyev adına Hava Limanında yerə enib. Hava limanının daxilində və xaricində klubu yüzlərlə azarkeş ordusu qarşılayıb. Milli musiqimizin muşaiəti altinda rəqslər edilib. Klub üzvləri azarkeşlər tərəfindən təbrik edilib.
