“Neftçi”nin qış hazırlıq planları müəyyənləşib.
Korner.az-ın məlumatına görə, “ağ-qaralar” həmişəki kimi Türkiyənin Antalya şəhərinə üz tutacaq.
Mardan İdman Kompleksində məskunlaşacaq “Neftçi” bir neçə yoxlama oyunu keçirəcək. Rəqiblərin kimliyi müəyyənləşməsə də, Ukrayna, Almaniya və Albaniya kimi ölkələrin klubları olacağı dəqiqdi. Yanvarın 12-də başlayacaq toplanış yanvarın 27-də başa çatacaq.
