AZAL qış fasiləsində Türkiyədə təlim-məşq toplanışı keçəcək.
Korner.az-ın məlumatına görə, Vaqif Sadıqov yetirmələrini mövsümün qalan hissəsinə Antalyada hazırlayacaq.
Artıq AZAL-ın qardaş ölkədə keçirəcəyi yoldaşlıq oyunlarının sayı da müəyyənləşib. Rəqiblərin kimliyi bilinməsə də, Sadıqovun yetirmələrini 4 oyunda sınayacağı dəqiqdi.
