“Neftçi” 5 qolla qazandı, “Qarabağ” məğlub oldu
30.03.2023 , 17:23

Azərbaycan I Divizionunun XXII tura yekun vurulub.
Korner.az xəbər verir ki, lider “Araz Naxçıvan” bu turda səfərdə “Turan Tovuz-2″ni məğlub edib – 6:5. “Neftçi”nin əvəzedici komandası “İmişli” səfərindən 3 xalla dönüb.
“Qarabağ-2” isə evdə “Zaqatala”ya uduzub.
I Divizion
XXII tur
Turan Tovuz – 2 – Araz Naxçıvan – 5:6
Qollar: Akif Tağıyev, 7, Elvin İsmayılov, 20, Həzrət İsayev, 29 (avtoqol), Elçin Qasımov, 68, Abbas Ağazadə, 71 – Orxan Əliyev, 11, 88, Bayraməli Qurbanov, 13, 62, Səbayıl Bağırov, 30 (avtoqol), Fəhmin Muradbəyli, 72
Kəpəz-2 – Qaradağ Lökbatan – 0:1
Qol: Rəvan Abbasov, 62
İmişli – Neftçi-2 – 0:5
Qollar: Elşad Tağıyev, 12, 21, 42, Seymur Əliyev, 60, 65
Qırmızı vərəqə: Elnur Məmmədov, 25
Qarabağ-2 – Zaqatala – 1:2
Qollar: Əli Abdullayev, 73 – Bəhruz Teymurov, 9, 76
