Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası klubların avqust ayı üçün reytinq cədvəlini açıqlayıb. Korner.az- ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Nefçi” komandası 261 pillə irəliləyərək 566-cı pillədən 305-ci yerə qalxıb. Komandamızın hesabında 703 xal var. Siyahıya əvvəlkitək İspaniya “Barselona”sı başçılıq edir. “Universidad” (Çili) ikinci, “Real” (Madrid, İspaniya) isə üçüncü yeri tutur.
Qeyd edək ki, son üç ildə reytinqdə Azərbaycanın yeganə təmsilçisi olan “Qarabağ” isə ilk 400 komanda sırasından kənarda qalıb.
