"Neftçala" klubu Kamal Quliyevin rəhbərliyi altında yeni mövsümün hazırlıqlarını davam etdirir.
Korner.az-ın məlumatına görə, komanda daha bir futbolçunu heyətinə qatıb.
Bu, "Sumqayıt"ın əvəzedicilərdən ibarət komandanın kapitanı İsa Zeynallıdır. Futbolçu ilə birillik müqavilə imzalanıb.