Nazir Respublika stadionunda
15.02.2023 , 20:18

Gənclər və idman naziri Fərid Qayıbov bu gün Tofiq Bəhramov adına Respublika stadionunda olub.
Korner.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının pley-off mərhələsində sabah keçiriləcək “Qarabağ” – “Gent” (Belçika) matçı öncəsi stadionda quraşdırılan turniketlərə baxış keçirib
Qeyd edək ki, bu turniketlər azarkeşlərin rahatlığı və bilet sisteminin təhlükəsizliyi üçün edilən bir yenilikdir.
