Nazarovun komandasından heç-heçə
29.01.2023 , 12:09

Azərbaycanlı futbolçu Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge” Almaniya 3-cü Bundesliqasında 20-ci tur oyununa çıxıb.
Korner.az xəbər verir ki, komanda doğma meydanda “Frayburq”un ikinci komandası qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb. Nazarov sözügdən görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Qeyd edək ki, “Erzgebirge” hazırda 21 xalla 20 komanda arasında 14-cü pillədə qərarlaşıb.
