Nazarovlu “Ersgebirge”dən səfər məğlubiyyəti
03.09.2022 , 11:25
Almaniya III Bundesliqasında VII turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” “Essen”in qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.
Nazarov da bu görüşün iştirakçısı olub. Qarşılaşmaya start heyətdə başlayan 32 yaşlı yarımmüdafiəçi sona qədər oynayıb. O, 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
7 turdan sonra 3 xal toplayan “Aue” tunir cədvəlinin sonuncu – 20-ci pilləsində qərarlaşıb.