Naqelsmann “Real”a “Yox” dedi
25.07.2018 , 18:38

Almaniyanın “Leypsiz” komandasının yeni baş məşqçisi Yulian Naqelsmann “Real”ın təklifini rədd edib
Yerli mətbuata açıqlama verən 31 yaşlı çalışdırıcı “Real” klubundan təklif aldığını lakin ailəsinə görə bu təklifə yox deməli olduğunu bildirib: “Bu klubdan təklif gəlməsi mənim üçün böyük şərəfdir. Lakin ailəm hər şeydən önəmlidir. Onlara görə, ölkə xaricinə çıxa bilməzdim”.
Gənc məşqçi gələcəkdə İspaniyada işləyə biləcəyini də vurğulayib: “Baş məşqçilik karyeram yaxşı davam edərsə, yenidən İspaniyada bir komanda çalışdırmaq şansım yarana bilər”
