“Napoli”nin futbolçusu “Sevilya”da
29.01.2019 , 15:04

“Sevilya” növbəti keçidini reallaşdırıb.
La Liqa təmsilçisi “Napoli”nin yarımmüdafiəçisi Marko Roqu heyətinə qatıb. 23 yaşlı futbolçu mövsümün sonuna qədər əndəlüsiyalılarda icarə əsasında çıxış edəcək.
“Napoli” Xorvatiya millisinin üzvünü 2016-cı ildə Zaqreb “Dinamo”sunda 14,5 milyon avroya transfer edib.
