“Napoli”nin futbolçusu iki nəhəng klubun hədəfində
04.03.2024 , 23:44

“Napoli”nin futbolçusu Viktor Osimhenin adı iki nəhəng komanda ilə hallanır.
Korner.az xəbər verir ki, təcrübəli oyunçu ilə PSJ və “Mançester Yunayted” maraqlanır.
Hər iki klub mövsümün sonunda Viktor Osimeni heyətinə qatmaq üçün mübarizə aparacaq.
Bu mövsüm “Napoli”nin heyətində 22 matça çıxan Osimhen 13 qol vurub, 4 məhsuldar ötürmə edib.
