“Napoli” Xviça ilə bağlı qərar verdi
28.03.2024 , 16:27

“Napoli” ulduz oyunçusu Xviça Kvaratsxeliya ilə bağlı qərar verib.
Korner.az xəbər verir ki, klub futbolçu ilə müqavilə yeniləyəcək.
Yarımmüdafiəçinin İtaliya klubu ilə yeni sözləşməsi 2029-cu ilin yayına qədər nəzərdə tutulacaq.
Xviça komandanın heyətində 37 oyuna çıxıb, 10 qol vurub və 5 qolun ötürməsini verib.
