26 yaşlı portuqaliyalı futbolçu Nani “Mançester Yunayted”lə yeni 5 illik müqavilə imzalayıb.
Korner.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, müqavilənin maddi tərəfləri açıqlanmayıb.
Bir çox klubla adı transfer dedi – qodularında hallanan Nani öz klubunda qalamağa üstünlük verib.
Xatırladaq ki, futbolçu “Mançester”ə 2007-ci ildə Lissabonun “Sportinq” klubundan keçib.