Nani yenidən Super Liqa klubunda
14.07.2023 , 11:57

Portuqaliya millisinin sabiq futbolçusu Luis Nani karyerasını yenidən Türkiyədə davam etdirəcək.
Korner.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi “Adana Dəmirspor”a keçib.
Bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Nani ilə 1+1 illik müqavilə imzalanıb.
