Portuqaliya millisinin aparıcı futbolçusu Luis Nani Danimarka qalibiyyətinin ardından mətbuata açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, "Mançester Yunayted"li futbolçu hər kəsin qol qaçıra biləcəyini, Kriştianu Ronaldonun özləri üçün çox vacib olduğunu bildirib:
"Ronaldo hal-hazırda çox yaxşıdır. Oyunu biz qazandıq. Başqa bir şey düşünmək istəmirik. Hər kəs qol fürsətləri qaçıra bilər. Danimarka ilə görüşdə də Kriştianunun da əlinə bir çox real qol vəziyyətləri düşdü. Lakin dəyərləndirə bilmədi. Önümüzdə daha matçlar var. Mütləq o oyunlarda qol vuracaq".
