İngiltərə Premyer Liqasında mübarizə aparan “Hall Siti” klubu “Valensiya” klubunun şərəfini qoruyan Luiş Nanini transfer etmək istəyir
Korner.az-ın məlumatına görə, İngiltərə təmsilçisi portuqaliyalı futbolçunu mövsümün sonuna qədər icarə əsasında heyətinə qatmaq fikrindədir.
Son Avropa çempionu bu mövsüm “Valensiya”nın heyətində La Liqada 14 oyunda iştirak edərək 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb
