Namiqdən qol ötürməsi
05.02.2022 , 19:50

Türkiyə I Liqasında XXII turun oyunları davam edir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Namiq Ələsgərovun formasını geyindiyi “Bursaspor” doğma meydanda “Altındordu”ya qalib gəlib – 1:0.
Namiq də bu görüşün iştirakçısı olub. Oyuna start heyətdə başlayan futboıçu 90 dəqiqə meydanda olub. Komandasının yeganə qolunun ötürməsini də o verib.
Bu qələbə ilə xallarını 23-ə yüksəldən “Bursaspor” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
