big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Namiq Yusifov: “Barselona” deyilik ki…” (MÜSAHİBƏ)

19.06.2014 , 15:57

“Qarabağ “klubunun yarımmüdafiəçisi Namiq Yusifovun korner.az-a müsahibəsi.

– Komandanızın hazırlığı necə gedir?
– Hər şey qaydasındadır, yaxşı məşq edirik. Daxili ab-hava  gözəldir.

– Komanda yoxlama görüşlərində yetərincə adlı-sanlı rəqiblərlə qarşılaşacaq. “Şaxtyor”un gücü hamıya məlumdur. “Viktoriya” (Plzen) isə müntəzəm olaraq Çempionlar Liqasının qruplarında iştirak edən komandadır. “Sparta” (Praqa) ötən mövsüm Çexiya çempionu olub. Onlardan qorxmursunuz?
– Yox, nə qorxmaq, bunlar hazırlıq oyunlarıdır, belə rəqiblərlə qarşılaşmaq lazımdır ki, zəif tərəflərimiz  aşkar olsun.

– Yeni transfer Danilo Dias haqqında nə deyə bilərsən?
– Onun haqda nəsə demək mənim işim deyil. Amma bir şeyi qeyd edim ki, “Qarabağ” elə-belə futbolçu almır. Portuqaliya liqasında oynaması bir çox suala cavab verir.

– Futbolçulara birdən-birə  1 aylıq istirahət verilməsi əngəl törətməyəcək?
– 1 ay deyəndə ki (gülür)… Yetərincə vaxt var. Hamı öz formasını bərpa edə biləcək.

– Yeni transerlərdən yalnız Diası ciddi mənada güclənmə hesab edə bilərik. Bu heyət Avropada uğur qazanmaq üçün yetərlidirmi?
– Tərlanla Cavid də perspetivli futbolçulardır. “Qarabağ”ın bütün transferləri, inşallah, komandaya kömək edəcək.

– İstər klub rəsmiləri, istərsə də futbolçular öz açıqlamalarında qrup mərhələsi haqda düşünmək üçün hələ tezdir deyirlər.  Sanki klub daxilində özünəinamsızlıq var…
– Yox, həqiqətən, tezdir hələ. Heç kiminlə rəqib olacağımız bilinmir. Biz “Barselona” deyilik ki, özümüzü indidən qruplarda “hiss edək”. Birinci dəfədir, Çempionlar Liqasında iştirak edirik. Hazırlaşaq, görək başımıza nə gəlir.

– Gelaşvilinin getməsini nə dərəcədə ciddi itki hesab edə bilərik?
– Bu haqda nəsə demək mənlik deyil. Sadəcə onu deyə bilərəm ki, yaxşı insan və yaxşı futbolçudur. Ona uğurlar arzulayıram.

– Dünya çempionatını izləmək imkanın olubmu?
– Hə, izləyirəm, almanları çox bəyəndim.

– Çempionluğa əsas favoritin hansı komandadır?
– İtaliyaya azarkeşlik edirəm, amma  almanlar çempionluğa əsas namizəddir.

Ürfan Məmmədzadə

Son yazılar

To Top