Nağıyev üçün 200-cü oyun
26.02.2024 , 13:50

Adil Nağıyev Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
Korner.az xəbər verir ki, “Səbail”in müdafiəçisinin yubileyi Azərbaycan Premyer Liqasının XXIV turuna təsadüf edib. 29 yaşlı futbolçu “Sabah”la ev görüşündə (2:0) sonradan meydana çıxıb.
Premyer Liqada debütü 2015/16 mövsümünə təsadüf edən Nağıyev “Zirə”də forma geyinib. O, qəsəbə klubunda 83, “Sumqayıt”da 12, “Şamaxı”da 17, “Səbail”də 88 dəfə şans qazanıb. 200 oyunda 5 qolu olan müdafiəçi “Zirə”də üç, “Səbail”də 2 dəfə fərqlənib.
