Nəbiyevin komandasından səfər qələbəsi
06.05.2021 , 15:21
Çexiya II Liqasında XXII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan U-21 millisinin üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya Jijkov” səfərdə “Dukla” qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Fərid start heyətdə meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib.
“Viktoriya” hazırda 33 xalla 5-ci pillədə qərarlaşıb.