“Liverpul”dan ayrılır?
03.10.2024 , 22:31

“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold klubundan ayrıla bilər.
Korner.az xəbər verir ki, futbolçunun karyerasını La Liqada davam etdirə biləcəyi iddia olunur.
“Real” ingiltərəli oyunçunun xidmətində maraqlıdır.
Madrid klubu artıq 25 yaşlı sağ cinah müdafiəçisi üçün ilkin danışıqlara başlayıb.
