Polşalı futbolçu cari mövsümü buraxacaq
03.10.2024 , 10:30

“Yuventus” hücumçusu Arkadiuş Miliki cari mövsümün sonuna qədər itirib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Dizindəki zədə səbəbindən bərpa prosesi gecikən polşalı futbolçunun bir neçə ay meydanlardan uzaq qalacağı bildirilib.
Milik “Yuventus”un heyətində 75 rəsmi oyun keçirib, 17 qol vurub və 2 məhsuldar ötürmə verib.
