Qurban Qurbanov: “Əfsuslar olsun ki, uduzduq”
03.10.2024 , 23:59
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun UEFA Avropa Liqasında Liqa mərhələsinin II turunda “Malmö” ilə keçirilən oyundan sonra (1:2) mətbuat konfransı keçirilib.
Korner.az xəbər verir ki, təcrübəli mütəxəssis məğlubiyyəti belə şərh edib:
“İstəməzdim, doğma azarkeşlər önündə məğlub olaq. Əfsuslar olsun ki, uduzduq. Rəqib komandanın təbrik etmək lazımdır. Dünən də vurğulamışdım ki, bu komandanın fərqli oyun tərzi var. Daha yaxşı oyun göstərə, daha yaxşı nəticə əldə edə bilərdik.
Bu aralar komanda öz oyun ritmindən uzaqlaşıb. Ümid edirəm ki, qarşıdakı oyunlarda yaxşı olacaq”.