“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli iki futbolçudan imtina edib.
Korner.az-ın məlumatına görə, türk mütəxəssis komandanın gənc üzvləri – Kazım Kazımlı və Elvin Mirzəzadənin xidmətinə ehtiyac duymayıb.
Hətta hər iki oyunçu Antalyaya getmək üçün Bakıya gəlib. Lakin klub rəhbərliyi onlara Dənizliyə lazım olmadıqlarını və Türkiyəyə getməyəcəklərini bildirib. Kazımlı və Mirzəzadənin karyerasını başqa klubda davam etdirməsi istisna deyil.