“Qalatasaray”ın təcrübəli qolkiperi Muslera üçün “Mançester Siti” yenidən təklif göndərib.
Korner.az-ın məlumatına görə, Co Hartın çıxışdan narazı qalan İngiltərə nəhənginin rəhbərliyi yeni qolkiper axtarışlarına başlayıb. Belə ki, mövsümün sonunda çempionluğu hədəfləyən rəhbərlik qapıçı səhvlərinin ucbatından liderlikdən geri qalmaq istəmir. Bu səbəbdən Mançester təmsilçisi “Qalatasaray”ın təcrübəli qolkiperi Muslera üçün “Sarı-Qırmızılılar”ın rəhbərliyinə 20 milyon avro təklif etməyi planlaşdırır.
Qeyd edək ki, Fernando Muslera 2011-ci ildən etibarən “Qalatasaray”ın heyətində çıxış edir.
