Musanın komandasından qələbə
01.04.2024 , 18:55

Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” İsveç çempionatında yeni mövsümün ilk oyununa çıxıb.
Korner.az xəbər verir ki, komanda səfərdə “Göteborq”la qarşılaşıb.
Matç qonaq komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Musa da bu görüşdə iştirak edib. 70-ci dəqiqədə meydana daxil olub və sonadək oynayıb.
“Qöteborq” – “Yurqorden” – 1:4
Qollar: Danielson, 39-pen. (0:1), Berqvall, 45+7 (0:2), Tehno, 72 (0:3), Qulliksen, 76 (0:4), Abraham, 84 (1:4)
Qırmızı vərəqə: Tordarson, 27 (“Qöteborq”)
