Musa Qurbanlıya Avropadan təklif var
12.04.2023 , 10:35

Millimizin və “Qarabağ”ın futbolçusu Musa Qurbanlıya bir neçə klubdan təklif var.
Korner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı forvard bu ölkənin “Torino” klubunun maraq dairəsinə düşüb.
İddiaya görə, gənc hücumçunu Türkiyə təmsilçiləri də yaxından izləyir. Amma onun Turin klubuna keçidinin daha inandırıcı olduğu yazılıb. Bildirilib ki, “Torino” Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin sayəsində Qurbanlının transferində üstünlük qazana bilər.
