Musa oynamadı, komandası qələbə qazandı
17.05.2024 , 10:30

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının da formasını geyindiyi “Yurqorden” İsveç çempionatında 9-cu turun matçına çıxıb.
Korner.az-ın məlumatına görə, komanda səfərdə “Brommapoykarna” ilə qarşılaşıb. Görüş “Yurqorden”in 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Musa Qurbanlının adı oyunun iştirak ərizəsinə daxil edilməyib.
