big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Murad Səttarlı: “Klub prezidenti və baş məşqçinin mənə olan ümidini doğrultmalıyam”

08.01.2014 , 17:51

“Simurq"un Murad Səttarlını transfer etdiyini xəbər vermişdik.

Korner.az-ın məlumatına görə, komanda ötən mövsüm icarə əsasında heyətinə qatdığı Murad Səttarlı ilə ilyarımlıq müqavilə imzaladı. Gənc yarımmüdafiəçi klubun rəsmi saytına müsahibə verərək, transferi ilə bağlı təəssüratlarını bölüşüb.

 

– Murad, “Simurq”la rəsmi müqavilə imzaladın. Bununla bağlı fikirlərini öyrənmək istəyərdik.

– Çox şadam ki, yenidən burdayam. Əslində mövsümün əvvəlində bu keçid reallaşmalı idi. Lakin “Qarabağ”la olan müqaviləmi poza bilmədim. Qismət bu günə imiş. İnanıram ki, verilən bu şansı və inamı doğruldacayam. Həm “Simurq” rəhbərliyini, məşqçilərini, həm də azərkeşlərimizi göstərəcəyim oyunla sevindirəcəyəm.

 

– Bu dəfə artıq sən Zaqatala təmsilçisinin futbolçususan. Necə oldu ki, yenidən məhz “Simurq”u seçdin?

– “Qarabağ”ın heyətində oynamaq şansım az olduğundan getmək qərarına gəldim. Çünki, mən özümü doğrultmaq istəyirdim. “Simurq” isə mənə doğma komandadır. Ötən mövsüm Zaqatala təmsilçisinin uğurları üçün tər tökmüşəm. Burada gənc futbolçunun özünü göstərməsi üçün hər cür şərait var. Klub rəhbərliyi və məşqçilər özünü yaxşı tərəfdən göstərən oyunçuya daha da dəstək verirlər. Bu səbəbdən də, seçimimi “Simurq”dan yana etdim.

 

– Mövsümün əvvəlində aldığın ciddi zədədən sonra əməliyyat olunmusan və bu səbəbdən bir müddətdir bərpa prossesi keçirsən. Səncə bu “Simurq”da özünü yaxşı tərəfdən göstərməyə mane olmayacaq?

– Hər şey özümdən asılıdır. İnşallah, əziyyət çəkib bu çətinliyidə tezliklə aradan qaldıracam. Yalnız oyun təcrübəsi baxımından çatışmamazlığım var. Ancaq inanıram ki, məşqçilərimində köməkliyi ilə yaxşı bir təlim-məşq toplanışı keçib, əvvəlki oyunumu bərpa edə biləcəyəm. Çünki mənə inanaraq bu komandaya dəvət ediblər. Klub prezidenti Anar Bəkirovun və baş məşqçi Georgi Çixradzenin mənə olan ümidini doğrultmalıyam.  

 

– Komandamız təlim-məşq toplanışına yollanır. Bu hazırlıq prossesindən gözləntilərin nədir?

– Bu cür hazırlığa mənim çox ehtiyacım var. Allahın köməkliyi ilə yaxşı hazırlıq keçib, çempionata gözəl start verməliyik. Bizi qarşıda çox çətin oyunlar gözləyir. Bunun üçün var gücümüzlə çalışmalıyıq. Hesab edirəm ki, komandaya uyğunlaşmaqda elə də çətinlik çəkməyəcəm və bu hazırlıq prossesindən sonra əsas heyətə düşmək uğrunda mübarizə aparacayam. “Simurq”un uğurları üçün çalışacağam.

 

– Səni əsas heyətə düşmək üçün çətin mübarizə gözləyir. Necə hesab edirsən, hazırda “Simurq”un əsas heyətində forma geyinməyin üçün hansı çatışmamazlıqların var?

– Həqiqətəndə çətin olacaq. Ancaq bu komandanı yaxşı tanıyıram. Oyun stilinə bələdəm. Təbii ki, məşqçilərdə mənə inanaraq, bu komandaya gəlməyimdə böyük rol oynayıblar. Qarşıdakı hazırlıqda bütün çatışmamazlıqlarımı aradan götürməyə çalışacam və məşqçilərimdən şans gözləyəcəm.

 

– “Simurq”un hazırkı transfer dövründə ilk heyətinə qatdığı futbolçusan. Burdan azərkeşlərimizə nə deyərdin?

– Hər birinə dəstəyə görə çox sağ ol deyirəm. Onlar üçün darıxmışam. Tezliklə gözəl oyunlarımız və qələbələrimizlə azərkeşlərimizi sevindirərik.

Son yazılar

To Top