Bu gün DÇ-2018-in seçmə mərhələsinin pley-off oyunlarına start veriləcək
Avropa zonasının qrup mərhələsində 2-ci yeri tutan 8 komanda “Köhnə qitə”nin payına düşən son 4 vəsiqə uğrunda mübarizəyə start verəcək.
6 gün davam edəcək qarşılaşmalardan sonra Rusiyadakı mundiala vəsiqələrin sahibləri bəlli olacaq. Mübarizəyə Zaqreb və Belfastda start veriləcək.
DÇ-2018, pley-off oyunları
Avropa zonası
İlk oyunlar
9 noyabr
23:45. Şimali İrlandiya – İsveçrə
23:45. Xorvatiya – Yunanıstan
