Mükafatlandırılma mərasiminin vaxtı məlum oldu
17.05.2024 , 14:55

Azərbaycan 1-ci liqasında 2023/2024 mövsümünün mükafatlandırma mərasiminin vaxtı bəlli olub.
Korner.az PFL-in saytına istinadən xəbər verir ki, tədbir mayın 23-də keçiriləcək.
Çempion komandaya qızıl medallar və kubok mövsüm ərzində ev oyunlarını keçirdiyi stadionda təqdim olunacaq. Mükafatlandırma mərasimi məkandan asılı olmayaraq saat 17:00-da başlanacaq.
Xatırladaq ki, 1-ci lqiada mövsümün qalibi son turun oyunlarından sonra bəlli olacaq. Mövsümün son oyunları ilə mayın 22-də keçiriləcək. Lider “Şamaxı” autsayder “Araz Saatlı”nı qəbul edəcək, 2-ci pillədə qərarlaşan “Qaradağ Lökbatan” isə “Mingəçevir”in qonağı olacaq.
