Türkiyədə çalışan azərbaycanlı iş adamı Mübariz Mənsimov "Kasımpaşa" İdman Klubunda İdarə Heyətinə üzv seçilib. Korner.az-ın məlumatına görə, bu barədə məlumatı "Milliyyət" qəzeti yayıb.
Xəbərdə bildirilir ki, Superliqaya vəsiqə uğrunda Bank Asya Liqasında baş tutan "pley-off" oyununa səfər meydanında "Konyaspor"u məğlub edərək böyük üstünlüyə sahib olan komandanın prezidenti Zafer Yıldırım, vitse-prezidenti Həsən Hilmi Öksüz, baş müdir Can Kaymak olub. Bəyoğlu Bələdiyyə rəhbəri Ahmet Misbah Demircan, iş adamlarından isə Turqay Ciner, İhsan Kalkavan, Mübariz Mənsimov, Mehmet Turqut Yılmaz və Mehmet Fatih Saraç İdarə Heyətində yer alıb.
"Xəzər Lənkəran"ın fəxri prezidenti eyni zamanda "Kasımpaşa" futbol klubuna maddi köməklik edəcək.