DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində öz meydanında millimizi 3:0 hesabı ilə məğlub edən Portuqaliya yığmasının futbolçusu Moutinyo oyunla bağlı fikirlərini açıqlayıb.
Korner.az-ın məlumatına görə, yarımmüdafiəçi azarkeşlərin qələbədə böyük pay sahibi olduğunu bildirib:
"Biz birinci dəqiqədən Azərbaycanı təziqdə saxlayaraq öz oyunumuzu oynamağa çalışdıq. Azarkeşlər bizi oyuna yaxşı motivasiya etdi və onların sayəsində gec də olsa lazımı qolu vurduq. Varelanın qolu komandaya əlavə güc verdi və nəticədə auditoriyamız önündə qələbəmizi qazandıq".
