Mourinyo ərəblərə “yox” dedi
22.05.2024 , 11:50

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu Joze Mourinyoya təklif göndərib.
Korner.az xəbər verir ki, Marselo Qalardo ilə yollarını ayıracaq ərəb komandası yüksək maaşla mütəxəssisin qapısını döyüb.
Portuqaliya mətbuatında çıxan xəbərlərə görə, Mourinyo karyerasını Avropada davam etdirmək istədiyi üçün bu təklifdən imtina edib.
